...

"SOCAR Marine" şirkəti Türkiyə daxilində yanacaq satışlarına başlayıb

İqtisadiyyat Materials 3 Mart 2022 17:00 (UTC +04:00)
"SOCAR Marine" şirkəti Türkiyə daxilində yanacaq satışlarına başlayıb

Bakı. Fərid Zöhrabov - Trend:

"SOCAR Marine" şirkəti artıq Türkiyə daxilində də yanacaq satışlarına başladı.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” hesabında məlumat verib.

“SOCAR Marine" dəniz yanacağı sektorunda beynəlxalq müstəvidə fəaliyyət göstərərək, ildə təxminən 700 min ton yanacaq satışı gerçəkləşdirirdi. İndi illik 450 min ton bazar potensialı olan Türkiyənin limanlarında da xidmət göstərəcək”, – deyə Əhmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti