Bakı. Trend:
2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1.352.229 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Yanvar-fevral ayları ərzində 2.163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur. Həmin kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb. 2.163 kommersiya qurumundan 89,8%-i yerli investisiyalı, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
Yanvar və fevral aylarında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,6% təşkil edib.
Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı 29,5% artıb. Martın 1-nə dövlət qeydiyyatında olan 147.874 kommersiya qurumundan 89.128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 12,2% artıb, xüsusi çəkisi isə artaraq 60,3%-ə çatıb.
Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17.082 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11.544-nün fəaliyyəti aktivdir, 4.631-nin fəaliyyəti dayandırılıb, 907-i isə ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% atıb.
Twitter:@FaridZohrabov