...

"Philip Morris" Rusiyadakı biznesinin restrukturizasiyasını nəzərdən keçirir

İqtisadiyyat Materials 25 Mart 2022 02:27 (UTC +04:00)

Bakı. Trend:

Tütün konserni "Philip Morris International" (PMI) aktivlərin mümkün transferi də daxil olmaqla, Rusiyadakı biznesinin restrukturizasiyası variantlarını nəzərdən keçirir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, qərar tütün və nikotin tərkibli məhsulların istehsalının tempinə və həcminə birbaşa təsir göstərən davamlı logistik çətinliklər və tənzimləyici mühitdəki dəyişikliklərlə bağlıdır.

Eyni zamanda, Rusiyadakı işçilər qarşısında bütün sosial öhdəliklərə riayət etmək, bütün cari vergi və biznes öhdəliklərini yerinə yetirmək, habelə Rusiya Federasiyasının mövcud qanunvericiliyinə ciddi riayət etmək Rusiyada PMI üçün əsas prioritetlər olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti