...

İqtisadiyyat Nazirliyində “MEDEF International” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2022 17:33 (UTC +04:00)

Bakı. Trend:

Fransanın “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Fransa ilə iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığını qeyd edib, “MEDEF International” təşkilatının iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafında rolunu vurğulayıb. Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət şirkətləri ilə bağlı həyata keçiridiyi islahatlar, tətbiq edilən müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.

Fransanın “MEDEF İnternational” təşkilatının baş icraçı direktoru Filip Qotye Azərbaycanda keçirdikləri görüşləri müsbət qiymətləndirib, təmsil etdiyi qurumla əməkdaşlığın postpandemiya dövründə də davam etdirilməsinin önəmini qeyd edib. Filip Qotye Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransanın biznes dairələrinin geniştərkibli nümayəndə heyətinin ölkəmizdəki görüşlərinin Azərbaycanın işgüzar dairələri ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti