...

Bakıda sənaye istehsalının həcmi 17 milyard manatı ötüb

İqtisadiyyat Materials 11 May 2022 20:58 (UTC +04:00)
Bakıda sənaye istehsalının həcmi 17 milyard manatı ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 90,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2022-ci il vəziyyətinə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti