...

Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir - Peter Mixalko

İqtisadiyyat Materials 12 May 2022 10:31 (UTC +04:00)
Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir - Peter Mixalko
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından biridir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Bu gün Azərbaycan və Aİ bir-birinə hər zamankından daha yaxındır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm "Şərq tərəfdaşlığı" formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən yaxın tərəfdaşlarındandır.

"Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və insanlar arasında təmasın gücləndirilməsidir", - səfir deyib.

O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək.

"Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da dərinləşdirilməsi üçün imkan yaradacaq", - P.Mixalko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti