...

bp-nin regional prezidenti BANM-ə baş çəkib (FOTO)

İqtisadiyyat Materials 13 May 2022 14:54 (UTC +04:00)
bp-nin regional prezidenti BANM-ə baş çəkib (FOTO)

Bakı. Trend:

bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGCVidesh”, “TotalEnergies” və “Eni” – Bakı Ali Neft Məktəbi (BANM) 10 il bundan öncə təsis olunandan onunla sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq bir çox birgə fəaliyyətləri, təhsilin inkişafına yönəlmiş proqramları və sosial investisiya layihələrini əhatə edir.

Bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz BANM-da müntəzəm görüşlərindən birini keçirib və universiteti 10 illik yubileyi münasibətilə təbrik edib. O, həmçinin professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edərək enerjinin gələcəyi və bu gələcək üçün tələb olunan bacarıqlarla bağlı öz fikirlərini bölüşüb.

Bugünkü tədbir və ümumilikdə BANM ilə əməkdaşlıq bp və onun tərəfdaşlarının yerli ali təhsil müəssisələrinin potensialının artırılması istiqamətində ölkənin səylərini dəstəkləmək öhdəliklərinin bir hissəsidir.

Q.Counz bp və tərəfdaşlarının 2020-ci ildə BANM-a hədiyyə etdiyi dünya səviyyəli laboratoriyaya da baş çəkib. Bu, tələbələrin təhsildən sənayeyə rahat keçidinə kömək etmək yönümündə universitetin müasir təhsil infrastrukturu yaratmaq səylərini dəstəkləyən və tam təchiz olunmuş proseslərin simulyasiyası laboratoriyasıdır.

Görüş zamanı Q.Counz deyib: “Yerli universitetlərlə sıx əməkdaşlıq edərək onlara təlim və tədris prosesinin keyfiyyətinin artırılmasında kömək etmək sosial təşəbbüslərimizin əsas istiqamətidir. Çox məmnunuq ki, BANM ilə birgə həyata keçirdiyimiz təhsil layihələri tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq, universitetə isə yüksək keyfiyyətli təhsil təmin etmək üçün geniş imkanlar yaradır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti