...

Azərbaycan şirkəti Baykal-Amur magistralının modernləşdirilməsində iştirak edəcək

İqtisadiyyat Materials 13 May 2022 15:24 (UTC +04:00)
Azərbaycan şirkəti Baykal-Amur magistralının modernləşdirilməsində iştirak edəcək

Bakı. Trend:

Qırx ildən sonra azərbaycanlı mütəxəssislər yenidən Uzaq Şərqə yollanırlar.

Azərbaycanın “Rail Trans Service” (RTS) tikinti şirkəti “Bamstroymexanizasiya” müəssisəsi ilə müqavilə imzalayıb. Saziş Baykal-Amur magistralının modernləşdirilməsi layihəsi çərçivəsində imzalanıb.

Müqavilədə RTS mütəxəssislərinin ətraf mənzilləri ilə birlikdə Uktur, Aksaka və Kenay stansiyalarında tikinti-quraşdırma işlərində iştirakı nəzərdə tutulur.

“Son illər ərzində RTS, əməkdaşlıq çərçivəsində 1520 şirkətlər qrupunun tərkibinə daxil olan «1520 Siqnal» şirkəti ilə birlikdə Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı üçün bir sıra layihələr həyata keçirmişdir. Xüsusən də Bakı-Tbilisi-Qars beynəlxalq nəqliyyat dəhlizində rəqəmsal idarəetmə sistemlərini tətbiq etmişik”, - deyə “1520” şirkətinin baş direktorunun beynəlxalq layihələr üzrə müavini Dmitri Bolotski bildirib.
O, toplanmış birgə təcrübə və biliklərin Rusiya dəmir yollarının da nəqliyyat potensialının artırılması problemlərini həll etməyə imkan verəcəyinə əminliyini ifadə edib.
RTS-in baş direktoru Vüsal İsmayılzadənin sözlərinə görə, Azərbaycan şirkəti Baykal-Amur magistralının inkişafı və modernləşdirilməsinə töhfə verəcək.

“Biz ölkəmiz üçün tarixi əhəmiyyətli və rəmzi məna daşıyan layihəni davam etdiririk. Çünki 80-ci illərdə məhz BAM-ın tikintisi layihəsində Azərbaycanın ümummilli lideri çox mühüm rol oynayıb”, - RTS-in baş direktoru bildirib.

O xatırladıb ki, 2008-ci ildə Azərbaycanın ümummilli liderinin adı layihənin həyata keçirilməsində xidmətlərinin xatirəsinə hörmət əlaməti olaraq Anqoya stansiyasına verilib.
Baykal-Amur magistralının çəkilməsi zamanı Azərbaycan memarları, layihə mütəxəssisləri və inşaatçıları diqqətəlayiq işlər görüblər.

“40 ildən sonra “Rail Trans Service” şirkətinin inşaatçıları rusiyalı həmkarları ilə əməkdaşlıq şəraitində dəmir yolunun modernləşdirilməsi və inkişafına töhfə vermək üçün yenidən Uzaq Şərqə yollanırlar”, - V. İsmayılzadə bildirib.

Qeyd edək ki, Azərbaycanın “Rail Trans Service” şirkəti dəmir yolu tikintisi sahəsində layihələri icra edir. Əsas fəaliyyət istiqamətləri – dəmir yolu infrastrukturu obyektlərinin layihələndirilməsi, yenidənqurma və tikintisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti