...

2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat parlamentin plenar iclasına tövsiyə edilib

İqtisadiyyat Materials 25 May 2022 14:52
2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat parlamentin plenar iclasına tövsiyə edilib

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hesabatda qeyd olunur ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti