Bakı. Trend:
Pandemiya dövründə təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb.
Trend-in məlumatına görə, bunu Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Məhəmməd Hamel Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, qısamüddətli perspektivdə təbii qaz hasilatı artmaqda davam edəcək.
"2050-ci ilədək dünya əhalisinin sayı sürətlə artacaq ki, bu təbii qaza tələbin artmasına yola açacaq. Biz hesab edirik, ən böyük artım Asiya regionunda qeydə alınacaq. Biz proqnozlaşdırırıq ki, ortamüddətli perspektivdə təbii qaz hasilatı bərpa olunan enerjidən sonra ikinci yerdə olacaq", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)