Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə M.Cabbarov "Twitter" səhifəsində bildirib.
"Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və
regional inkişaf naziri
Andrei Spinu ilə görüşümüz faydalı keçdi. İxrac sahəsində
ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi
və biznes forumların təşkil edilməsi barədə ətraflı müzakirələr
apardıq", - nazir qeyd edib.