...

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 10 İyun 2022 19:10 (UTC +04:00)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti