...

Azərbaycanda avtomobil benzininin istehsalı azalıb

İqtisadiyyat Materials 21 İyun 2022 20:10 (UTC +04:00)
Azərbaycanda avtomobil benzininin istehsalı azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1365,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4 faiz azalıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində yanacaq mazutunun istehsalı 2.5 dəfə, neft bitumunun istehsalı 40,3 faiz artıb, avtomobil benzininin istehsalı 19,2 faiz, sürtkü yağlarının istehsalı 25,3 faiz, dizel yanacağının istehsalı 33,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7 faiz, neft koksunun istehsalı isə 44,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti