...

Çexiya şirkətləri sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib

İqtisadiyyat Materials 24 İyun 2022 21:00 (UTC +04:00)
Çexiya şirkətləri sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Çexiyanın Azərbaycandakı Səfirliyinin İqtisadiyyat və Ticarət məsələləri üzrə katibi Klara Zeldova ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

İZİA-dan Trend-ə bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə Çexiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti