...

"PAŞA Bank"ın aktivlərinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 İyun 2022 13:15 (UTC +04:00)
"PAŞA Bank"ın aktivlərinin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə "PAŞA Bank"ın aktivləri 2020-ci illə müqayisədə 16,5 faiz artıb.

Trend-in məlumatına görə, bunu bankın baş maliyyə inzibatçısı və İdarə heyətinin üzvü Bəhruz Nağıyev 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, aktivlərin ümumi məbləği 6,427 milyard manat təşkil edib.

"Bankın kredit portfeli 2,623 milyard manat olub. Müştərilər qarşısında öhdəliklər 5,85 milyard manatı ötüb", - deyə o bildirib.

B.Nağıyev əlavə edib ki, "PAŞA Bank"ın korporativ seqment üzrə dövriyyəsi 58,56 milyard manatı ötüb, KOB seqmenti üzrə dpvriyyə 5,175 milyard manat, fiziki şəxslər üzrə dövriyyə 4,754 milyard manat olub.

"2021-ci ildə bankımızın korporativ müştərilərimizin sayı 7,2 faiz artaraq 1 999 nəfər, KOB müştəriləri 28,7 faiz artaraq 24 467 nəfər, fiziki müştərilərimizin sayı 24,5 faiz artaraq 396 468 nəfərə çatıb", - B.Nağıyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti