...

İskenderun limanının qəbul etdiyi yüklərin həcmi 24 milyon tonu keçib

İqtisadiyyat Materials 29 İyun 2022 10:29 (UTC +04:00)
İskenderun limanının qəbul etdiyi yüklərin həcmi 24 milyon tonu keçib

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin Hatay şəhərində yerləşən İskenderun limanı 24 milyon 930 min 295 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 495 min 850 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 24 milyon 434 min 445 min ton yük daşınıb.

“2022-ci ilin yanvar-may aylarında Türkiyənin İskenderun limanı 304 min 809 ton tranzit yük aşırılıb”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti