...

BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozlarını yeniləyib

İqtisadiyyat Materials 8 İyul 2022 13:42 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 3,8 faiz, ümumi daxili məhsulun nominal həcmi 72,295 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

2023-ci ildə isə ÜDM-in 2,6 faiz artacağı, ÜDM-in nominal həcmi 74,305 milyard dollar olacağı gözlənilir.

Proqnozlara əsasən, Azərbaycan ÜDM-in nominal həcmi 2024-cü ildə 76,046 milyard, 2025-ci ildə 78,4 milyard, 2026-cı ildə 81,387 milyard dollar təşkil edəcək.

Eyni zamanda, BVF 2022-ci ildə Azərbaycanda inflyasiyanın mülayim artım tempini proqnozlaşdırıb. Fondun hesabatında qeyd olunub ki, gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti