...

Qurban bayramı günlərində kəsilən malların dəriləri Avropa bazarlarına ixrac edilə bilər

İqtisadiyyat Materials 8 İyul 2022 12:53 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qurban bayramı günlərində kəsilən malların dəriləri Avropa bazarlarına ixrac edilə bilər.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, sahibkarlar həmin heyvan dərilərini toplayıb baytarlıq ekspertizasından keçirməklə ixrac edə bilərlər.

"AQTA ilə Avropa İttifaqının müvafiq qurumu arasında aparılan uzunmüddətli danışıqlar, rəsmi yazışmalar nəticəsində Azərbaycandan heyvan dərisinin Aİ-yə ixracına icazə verilib. Bu cür ixrac etmək istəyən şirkətlər varsa, əvvəlcədən AQTA-ya müraciət etsinlər, dövlət qeydiyyatına düşsünlər. Biz bu haqda Avropa İttifaqının səlahiyyətli qurumuna müvafiq məlumatları göndərəcəyik",- deyə Elxan Mıkayılov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti