...

Misirdə yanacağın bütün növlərinin qiyməti qalxıb

İqtisadiyyat Materials 14 İyul 2022 03:50 (UTC +04:00)
Misirdə yanacağın bütün növlərinin qiyməti qalxıb

Bakı. Trend:

Misirdə bütün növ yanacağın qiymətləri və nəqliyyat tarifləri artıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Neft və Mineral Sərvətlər Nazirliyidən bildiriblər.

Misirin Neft Məhsullarının Qiymətləndirilməsi Komitəsinin qərarına əsasən, benzin və neft məhsullarının qiyməti 6-10 faiz artıb.

Belə ki, oktan dərəcəsi 80 olan benzin indi 8 Misir funt-sterlinqinə (0,72 AZN), Aİ-92 - 9,25 Misir funtuna (0,83 AZN), Aİ-95 - 10,75 Misir funtuna (0,97 AZN) satılır. Müəyyən edilmiş qiymət oktyabr ayına qədər qüvvədə olacaq. Bundan əlavə, dizel və kerosin 7,4% artaraq 7,25 Misir funtuna (0,65 AZN), mazut isə bir ton üçün 400 Minisr funtu (36,02 AZN) bahalaşaraq 5000 Misir funtuna (450,25 AZN) satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti