...

Qlobal iqtisadi proseslər - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

İqtisadiyyat Materials 20 İyul 2022 18:56 (UTC +04:00)

Bakı. Trend:

Dünyada baş verən geosiyasi və geoiqtisadi təlatümlər və dəyişikliklər fonunda dövlətin mövqeyinin - sosial-iqtisadi dinamikasının qorunub-saxlanılması olduqca mürəkkəb və çətin məsələdir. Bunun üçün gərək ölkənin çoxvektorlu iqtisadi strategiyası olsun. Məhz bu gün dünya iqtisadiyyatında kollapsın yaranması və ekstremal vəziyyətin hökm sürməsinə baxmayaraq Azərbaycanda bütün sosial tədbirlər davam etdirilir və iqtisadi sferada iqtisadi inkişaf müvəffəqiyyətlə gerçəkləşir.

Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Qlobal iqtisadi proseslər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Elşad Məmmədov - UNEC-in professoru, Şəfa Əliyev - iqtisadi elmlər doktoru, professor və Ramil Hüseyn - İİTKM-in direktor müavini mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti