...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda iştirak edib (FOTO)

İqtisadiyyat Materials 19 Avqust 2022 19:14 (UTC +04:00)
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda iştirak edib (FOTO)

Bakı. Trend:

Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib.

AZPROMO-dan Trend-ə verilən məlumata görə, hibrid formatda keçirilən tədbirdə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər iştirak ediblər.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Forumun forum çərçivəsində təşkil olunan plenar iclasda, “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edib, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də ölkəmizin ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri forum çərçivəsində təşkil olunan Sənaye İnnovasiyaları Sərgisi ilə tanış olub, bir sıra görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti