Bakı. Trend:
Azərbaycanda təmassız ödəniş həlli "Google Pay" istifadəyə verilib.
Maliyyə bazarındakı mənbədən Trend-ə verilən məlumata görə, "PAŞA Bank", "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Rabitəbank" və "Unibank"ın kart sahibləri bu gündən etibarən "Google Pay"dan istifadə edə biləcəklər.
Qeyd edək ki, "Goole Pay" Android əməliyyat sistemində işləyən mobil cihazlardan istifadə etməklə Google tərəfindən hazırlanmış elektron ödəniş sistemidir.