...

Yaponiya və Azərbaycan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 6 Sentyabr 2022 18:07 (UTC +04:00)
Yaponiya və Azərbaycan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

5 sentyabr tarixində Yaponiya hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Birgə Kredit Mexanizmi (Joint Crediting Mechanism (JCM)) ilə bağlı razılaşma əldə olunmuş, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri Vada Cüniçi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalamışdır.

Yaponiya hökuməti Birgə Kredit Mexanizminin geniş yayılması üçün 2025-ci ilə qədər əməkdaş ölkələrin sayını 30-a çatdırmağı hədəfə almış, bugünə qədər Azərbaycan Respublikası hökuməti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna yönəlmiş müzakirələr aparmışdır. Bu Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Birgə Kredit Mexanizmi üzrə 20-ci əməkdaş ölkə olacaqdır.

Bundan sonra Birgə Kredit Mexanizminin təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən yaşıl sahədə layihələrin həyata keçirilməsi, investisiya qoyuluşu kimi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da artmasına gətirib çıxaracağına ümid edilir. Birgə kredit Mexanizmi ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz. https://gec.jp/jcm/jp/about/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti