Bakı. Trend:
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək.
Trend bu barədə Yunanıstan KİV-lərinə istinadən məlumat verir.
Səfər zamanı o, energetika naziri Pərviz Şahbazovla, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, nazirlər ötən ilin iyulunda Aleksandrupolisdə Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı zamanı görüşmüşdü.
(Tərcümə: Orxan Nəbiyev)