...

Maliyyə Nazirliyi 52 təşkilatda pozuntular aşkar etdi

İqtisadiyyat Materials 13 Sentyabr 2022 16:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi 52 təşkilatda maliyyə pozuntuları aşkar edib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

2022-ci ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.

Həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti