...

Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi 8 milyon tonu ötüb

İqtisadiyyat Materials 19 Sentyabr 2022 14:40 (UTC +04:00)
Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi 8 milyon tonu ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı 8 milyon 348 min 116 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 677 min 342 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 7 milyon 670 min 774 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Gemlik limanından 405 min 598 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti