...

“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

İqtisadiyyat Materials 21 Sentyabr 2022 19:30 (UTC +04:00)
“Bakcell” və NAR-ın şəbəkəsində texniki nasazlıq yaranıb

Bakı. Trend:

“Bakcell” və NAR mobil operatorlarında şəbəkə problemi yaranıb.

Trend-in əldə etdiyi məlumata görə, problem texniki xarakterlidir.

Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

“Bakcell” şirkətinin PR və korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova Trend-ə bildirib ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti