Bakı. Trend:
Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir.
"Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3% aşağı idi", - M.Cabbarov yazıb.