Bakı. Trend:
Sizin icazəniz olmadan e-poçt hesabınıza giriş əldə olunsa, bank məlumatlarınız, eləcə də sizə məxsus şəxsi məlumatlar ələ keçirilə bilər.
Kənar şəxsin e-poçt hesabınıza daxil olmasını necə müəyyənləşdirmək olar?
1) Şifrə doğru olduğu halda e-poçt hesabınıza giriş edə bilmirsiz.
2) Göndərən qovluğunda sizin tərəfdən göndərilməyən məktublar var.
3) Gözləmədiyiniz anda şifrə sıfırlama bildirişləri ala bilərsiz.
4) Hesabınıza fərqli IP ünvanlarından daxil olma cəhdləri ola bilər.
Sizin e-poçtanız ələ keçirilsə hansı fəsadlar baş verə bilər?
1) Telefonlarınız bloklana bilər.
2) Sosial şəbəkə hesablarınız ələ keçirilə bilər.
3) Bank hesablarınıza giriş edilə bilər.
4) Şirkətin e-poçt adresindən istifadə edirsinizsə, serverə hücum edilə bilər.
Yuxarıda qeyd olunan proseslər baş verirsə, e-poçt hesabınızdakı şifrəni mütləq dəyişin!