Bakı. Trend:
Temperatura nəzarət xidmətini daxil edən GPS monitorinq sistemi kargo və yükdaşımaları sənayesində əhəmiyyətli iqtisadi təsir göstərir. Nəzarət texnologiyaları daim inkişaf edir və artan müştəri tələblərinə uyğunlaşır. İnnovativ həllərin vaxtında tətbiqi “Cold Chain” logistika parklarına rəqabətqabiliyyətli və gəlirli qalmağa imkan verir. GPS Solutions MMC temperatura nəzarət xidmətini daxil edən GPS monitorinq üzrə bazar lideri olaraq, risklərin azalması və nəqliyyat parkının səmərəliliyinin artırılması sahəsində yeni texnologiyalar təklif edir.
Xüsusi saxlama və daşıma rejimli məhsullar, o cümlədən, quş əti, ət, süd məhsulları, kənd təsərrüfatı məhsulları, dəniz məhsulları, güllər, müxtəlif kimyəvi və əczaçılıq malları və bir çox digər gündəlik istehlak əmtəələri daşınma zamanı daimi temperatura nəzarəti tələb edir, bu da məhsulların istehlaka yararlı vəziyyətdə çatdırılmasını təmin edir.
Statistikaya əsasən, lazımi nəzarət təmin olmadıqda, çatdırılmaların 20%-dən artıq hissəsi temperatur rejiminin pozulması ilə baş verir. “Cold Chain” daşımaları tədarükündə əsas problem soyuducu avadanlığının mexaniki nasazlığı, gömrük yoxlamaları ilə bağlı gecikmələr, müəyyən ekoloji şərait və sürücünün səhlənkarlığı ilə əlaqədardır.
Qısa müddətdə sıradan çıxan malların keyfiyyəti hətta hərarət cuzi dəyişdikdə pisləşə bilər, bu səbəbdən real-vaxt rejimində daimi temperaturun monitorinqi müştəri tərəfdən malların imtina edilməsi riskindən sığortalayır.
GPS Solutions tərəfindən GPS izləmə sahəsində tətbiq etdiyi aparıcı texnologiyalar yüklərin xüsusi temperatur rejimində monitorinqi üçün yeni imkanlar açır. Telematik cihaza və simli sensora əsaslanan köhnə həllərdən fərqli olaraq, GPS.AZ həlləri tamamilə simsizdir və insan yaxud mexaniki amillərdən asılı deyil. GPS/GSM telematik qurğusu birbaşa soyuducu qoşquya quraşdırılır və temperatura nəzarətdən savayı, qoşqunun mövqesini, iş saatlarını və yanacaq sərfiyyatını müstəqil izləməyə imkan verir. Soyuducu kameranın daxilində 5 ilədək avtonom enerji təchizatına malik olan iki simsiz sensor quraşdırılır. Sensorlar, hərarət və rütubət fərqi 5 dərəcəyə çatan soyuq hava çıxışından və kameranın əks tərəfindən real-vaxt rejimində məlumatı ötürür. Dispetçer tətbiqindəki məlumatlar hər saniyə dünyanın istənilən nöqtəsindən ötürülür və temperatur icazə verilən rejimdən kənara çıxdıqda ani bildirişlər almağa imkan verir.
Şübhəsiz ki, logistika sənayesi üçün temperatur və rütubət monitorinqi dünyanın istənilən ölkəsində mühüm əhəmiyyət kəsb edir. Nəzarət həllərinin nisbətən aşağı tətbiqi qiyməti on və yüz minlərlə ABŞ dolları dəyərində yüklərin itirilməsi riskindən sığortalanmağa imkan verir.