...

İpoteka və Kredit-Zəmanət Fondu kirayə müqavilələrinin sayını açıqlayıb

İqtisadiyyat Materials 29 Sentyabr 2022 13:36 (UTC +04:00)
İpoteka və Kredit-Zəmanət Fondu kirayə müqavilələrinin sayını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək Azərbaycanda 2 462 mənzil kirayəsi müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, bunu İpoteka və Kredit-Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktoru Aslan Zeynalov KİV üçün məşğələ zamanı deyib.

"Təklif olunan mənzillərin ümumi sayı 2 852, qalan mənzillərin sayı 390 təşkil edir. Müraciət edənlərin 51 faizdən çoxu dövlət sektorunda, 49 faizə yaxını özəl sektorda işləyir. Müraciət edənlərin orta aylıq gəliri 1 300 manat, orta aylıq ödəmə qabiliyyəti 1 140 manatdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti