Bakı. Trend:
Oktyabrın 5-nə keçən gecə “Azərbaycan Hava Yolları”nın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib. Milli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
AZAL-dan Trend-ə bildirilib ki, Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə reyslər qış cədvəli çərçivəsində həftədə 2 dəfə yerinə yetiriləcək.
Qeyd edək ki, sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb.