...

İspaniya Azərbaycanla enerji əməkdaşlığında böyük perspektivlər görür - XİN

İqtisadiyyat Materials 10 Oktyabr 2022 10:25 (UTC +04:00)
İspaniya Azərbaycanla enerji əməkdaşlığında böyük perspektivlər görür - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər.

Bu barədə Trend-ə İspaniya Xarici İşlər Nazirliyindən deyiblər.

“Aİ ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, - nazirlikdən bildiriblər.

Mənbənin sözlərinə görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın "Tecnicas Reunidas" şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir.

Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti