...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 14 Oktyabr 2022 12:14 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 97,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,39 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti