...

Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2022 12:25 (UTC +04:00)
Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şosesi 14-cü kilometr ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlövsət Hətəm oğlu Musayevə məxsus çiy dönər istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, qida tullantılarının üstü açıq qablara yığılaraq kənarlaşdırıldığı, xammal və inqridiyentlərin çirklənmədən mühafizə olunmadığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti