Bakı. Trend:
Bu il haqsız rəqabət halları üzrə 2,6 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edilib.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev deyib.
O qeyd edib ki, belə hallar üzrə 26 iş qaldırılıb və onlardan 18-nə baxılması başa çatdırılıb.
"Aşkar olunan pozuntular digər bazar subyektlərin əmtəə nişanından qanunsuz istifadə, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, rəqibin təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, həmçinin eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, rəqabəti məhdudlaşdıran müqavilələrin bağlanması ilə əlaqədar olub", - edib.