...

Azərbaycan neft və qaz ixracının həcmləri açıqlanıb

İqtisadiyyat Materials 11 Noyabr 2022 12:34 (UTC +04:00)
Azərbaycan neft və qaz ixracının həcmləri açıqlanıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil edilmiş 27,2 milyon ton neftin 21,9 milyon tonu ixracedilib.

Trend-in məlumatına görə, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artımla hasil edilmiş 38,4 milyard kubmetr qazın 18,2 milyard kubmetri ixrac olunub.

"Yanvar-oktyabr aylarında qaz ixracı 17,4 faiz artıb. Avropaya 9,3 milyard kubmetr, Türkiyəyə 6,9 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz ixrac olunub", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti