...

Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Noyabr 2022 13:02 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilib.

Bu barədə Trend-ə noyabrın 15-də Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,6 faiz artıb.

Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma sektorunda, 19,9 faizi emal sektorunda, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti