...

Zabux kəndi ərazisində su anbarı tikiləcək

İqtisadiyyat Materials 16 Noyabr 2022 19:05 (UTC +04:00)
Zabux kəndi ərazisində su anbarı tikiləcək

Bakı. Trend:

2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

İşi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Kənd Təsərrüfatı Nazirliyidir.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti