...

Azərbaycandan daha çox aqrar məhsulun Aİ bazarlarına çıxarılacağına ümid edirik - Səfir

İqtisadiyyat Materials 24 Noyabr 2022 13:12 (UTC +04:00)
Azərbaycandan daha çox aqrar məhsulun Aİ bazarlarına çıxarılacağına ümid edirik -  Səfir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirik ki, Azərbaycan daha çox aqrar məhsulunu Avropa İttifaqı ölkələrinin bazarlarına çıxaracaq.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökumət qurumları ilə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə, özəl sektorla əməkdaşlıq edərək kənd təsərrüfatını gücləndirilməyə çalışır.

Səfir vurğulayıb ki, bu layihə məsləhət xidmətləri vasitəsilə aqroturizmi, aqrobiznesi, ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirinin yaradılmasını və inkişafını nəzərdə tutur.

"Bu layihə kiçik fermerlərə köməklik göstərir ki, onlar gəlir mənbələrini diversifikasiya etsinlər. Layihə eyni zamanda, aqroturizm və ərzaq məhsulları üzrə dəyər zəncirinin artırılmasına köməklik göstərir. Əməkdaşlığımız sayəsində vətəndaş cəmiyyəti üzrə qurumlarla işləyə, əməkdaşlıq edərək aqroturizm sahəsinə töhfəmizi veririk", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti