...

Azərbaycan Bolqarıstana əsas qaz tədarükçülərindən biridir - Boyko Takov

İqtisadiyyat Materials 1 Dekabr 2022 12:19 (UTC +04:00)
Azərbaycan Bolqarıstana əsas qaz tədarükçülərindən biridir - Boyko Takov
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Bolqarıstana əsas qaz tədarükçülərindən biridir.

Trend xəbər verir ki, bunu Bolqarıstanın Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin baş direktoru Boyko Takov Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsinin (INSME) “KOB imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl inkişaf” mövzusunda 18-ci illik toplantısının açılış mərasimində deyib.

"Azərbaycan və Bolqarıstan arasında əlaqələr sürətlə inkişaf edir. Bunu Azərbaycan Prezidentinin Sofiyaya bu yaxınlarda etdiyi səfər də təsdiqləyir", - deyə Takov deyib.

O qeyd edib ki, Bolqarıstanın Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyi bu gün Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə anlaşma memorandumu imzalayacaq.

"İnanıram ki, bu, gələcək əməkdaşlığımızda növbəti mühüm addım olacaq", - deyə Takov bildirib.

Bolqarıstanda kiçik və orta sahibkarlığın (KOS) inkişafından danışan baş direktor ölkədəki müəssisələrin 98 faizinin KOS subyekti olduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, Bolqarıstan davamlı inkişafa xüsusi diqqət yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti