Bakı. Trend:
Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV artırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.