...

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib

İqtisadiyyat Materials 15 Dekabr 2022 12:53 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 15-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Tənzimləyicinin məlumatına görə, hərracda tələb 61,2 milyon dollar təşkil edib və tam ödənilib.

Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayının ortalarından rəqabətli şəraitdə xarici valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti