Bakı. Trend:
Dekabrın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar artaraq 88,08 dollar olub.
Trend xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,59 dollar artaraq 86,39 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,65 dollar artaraq 44,67 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti dekabrın 30-da 0,64 dollar artaraq 81,33 dollar olub.
Dekabrın 31-nə rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.