...

2022-ci ildə Türkiyənin polad ixracı azalıb

İqtisadiyyat Materials 5 Yanvar 2023 14:33 (UTC +04:00)
2022-ci ildə Türkiyənin polad ixracı azalıb

Bakı. Trend:

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 21,1 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Ötən ilin dekabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 40,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,1 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti