...

İcbari sığorta növlərinin aparılmasına icazə üçün əlavə tələblərdə dəyişiklik edilib

İqtisadiyyat Materials 12 Yanvar 2023 10:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişiklik təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Hüquq departamentinə tapşırılıb ki, Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti