...

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçirilib

İqtisadiyyat Materials 24 Yanvar 2023 10:22 (UTC +04:00)

Bakı. Trend:

18 yanvar 2023-cü il tarixində saat 16:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, həmçinin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin, Spektr Sosial-İqtisadi Araşdırma və İnkişaf Mərkəzinin və Ekvita şirkətinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2022-ci ildə gördüyü işlər və 2023-ci il üzrə fəaliyyət planı layihəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsinin keyfiyyətinin artırılması, habelə təbii resursların effektiv idarə edilməsi üzrə görülmüş işlərlə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın yekununda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumdan nümayəndənin işçi qrupuna cəlb edilməsi imkanına baxılması, fəaliyyət planında nəzərdə tutulmuş bəzi tədbirlərin icrasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə qurumların nümayəndələrinin alt işçi qrupu formatında qarşılıqlı əməkdaşlıq çərçivəsində çalışmaları, bu əsasda müvafiq təkliflərin hazırlanaraq işçi qrupunun növbəti iclasına təqdim edilməsi qərara alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti