...

Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb

İqtisadiyyat Materials 26 Yanvar 2023 17:30 (UTC +04:00)
Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru ilə görüşüb

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti