...

Aİ Azərbaycanla "yaşıl" enerji sahəsində əməkdaşlığı gücləndirir - Səfir

İqtisadiyyat Materials 27 Yanvar 2023 11:40 (UTC +04:00)
Aİ Azərbaycanla "yaşıl" enerji sahəsində əməkdaşlığı gücləndirir - Səfir
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla "yaşıl" enerji sahəsində əməkdaşlığı gücləndirməkdədir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ-nin Bakıdakı Nümayəndəliyinin 15 illiyinin qeyd olunma mərasimində deyib.

"Ötən ilin iyul ayında energetika sahəsində imzalanmış memorandum artıq bu sahədə əməkdaşlığımızı gücləndirib. Bu yaxında Buxarestdə Qara dəniz vasitəsilə "yaşıl" enerjinin tədarükü haqqında saziş imzaladıq. Bu saziş tərəfdaşlığımızı daha yüksək səviyyəyə çıxaracaq", - səfir deyib

Aİ səfiri həmçinin, diplomatik nümayəndəliyin ofisinin Azərbaycanla ikitərəfli əməkdaşlığın gələcək inkişafı istiqamətində səylər göstərdiyini vurğulayıb.

Bundan başqa, Mixalko Aİ-nin Azərbaycanın əsas ticari tərəfdaşı olduğunu və Azərbaycanın ixracının yarısının Aİ ölkələrinin payına düşdüyünü xatırladıb.

Qeyd edək ki, 17 milyard avro dəyərindəki Avropa investisiya planı çərçivəsində Avropa Komissiyası, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə sualtı enerji kabeli layihəsinin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti