...

Aİ Azərbaycanda fitosanitar normalar üzrə Avropa standartlarının yüksəldilməsinə imkan yaradır

İqtisadiyyat Materials 9 Fevral 2023 12:26 (UTC +04:00)
Aİ Azərbaycanda fitosanitar normalar üzrə Avropa standartlarının yüksəldilməsinə imkan yaradır
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Tvininq proqramı Azərbaycanın Avropa standartlarına yaxınlaşmasına imkan yaradıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Latviyanın Dövlət Bitki Mühafizə Xidmətinin rəhbəri Kristine Lomakina "Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" tvininq layihəsinin yekunlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, layihə sayəsində Azərbaycanda bitkilərin mühafizəsi və məhsuldarlıq şəraiti yaxşılaşıb ki, bu da Azərbaycanı bu sahədəki Avropa standartlarına yaxınlaşdırıb.

K.Lomakina həmçinin yeniliklərin və Avropa təcrübəsinin Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin yaxşılaşmasına imkan verəcəyini qeyd edib.

"Biz müxtəlif insanlarla və mütəxəssislərlə çalışaraq təlimlər keçirdik, innovasiyaları bölüşdük və İT texnologiyasını kənd təsərrüfatında tətbiq etdik. Bu layihə Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək",- o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti